EnterpriseAzerbaijan.com portalında yerləşdirilən startap layihəsi artıq uğurlu fəaliyyətinə başlayıb!

 EnterpriseAzerbaijan.com portalında yerləşdirilən startap layihəsi artıq uğurlu fəaliyyətinə başlayıb!

05.08.2021 / 16:46

Baş ofisi Bakı şəhərində yerləşən və #startup kimi fəaliyyətə başlayan #Glorri işəgötürmə proseslərinin vahid mərkəzdən idarəolunması və karyeranın inkişafı üzrə #innovativ tətbiqin yaradılması sahəsində ixtisaslaşmaqdadır. Əsas missiyamız uzun illər ərzində qazandığımız bilik və təcrübə əsasında işəgötürmə üzrə mütəxəssislərin (rekruterlər, kadr təchiz edən şirkətlər və korporativ #HR menecerlər) öz strategiyalarını daim dəyişən #biznes mühitinə rahatlıqla uyğunlaşdırma cəhdlərinə töhfə verməkdir. Əla müştəri xidməti ilə təchiz olunmuş intuitiv proqram təminatımız, #işəgötürmə üzrə mütəxəssislərin ehtiyacına uyğun peşəkar #kadrların kəşf edilməsi, həmçinin ağıllı və çevik həll yolları ilə işəgötürmə prosesinə sürət, rahatlıq və nizam gətirmək üçün yaradılmışdır.

Xatırladaq ki, www.enterpriseazerbaijan.com portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 sentyabr 2018-ci il tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb. www.enterpriseazerbaijan.com internet portalının məqsədi Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması üçün ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirmək, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli imkan yaratmaqdır.

#EnterpriseAzerbaijan #startup #Glorri #newproject #newidea #brighideas #kadr #vacancy

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz