05.10.2021 / 11:45
Ejad Labs şirkəti, Cənubi Asiyada biznesin rolunu yenidən təyin etmək missiyasını yerinə yetirir. Bir sıra beynəlxalq zirvələrə ev sahibliyi, Cənubi Asiya, Şimali Amerika və Avropada hökumətlər, korporasiyalar, startaplar və sahibkarlarla əməkdaşlıq edərək özünəməxsus Akselerator inkişaf proqramlarını təqdim edir. Dünyada fəaliyyət göstərən Ejad Labs komandası, sosial və ekoloji performansın və şəffaflığın ciddi standartlarına cavabdeh olan şirkətlərin qlobal hərəkatının bir hissəsidir.
Xatırladaq ki, www.enterpriseazerbaijan.com portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 sentyabr 2018-ci il tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.
www.enterpriseazerbaijan.com internet portalının məqsədi Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması üçün ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirmək, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli imkan yaratmaqdır.









