08.09.2026 / 12:00
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində iştirakçı startaplara investisiyaların cəlb edilməsi və bazara çıxış imkanlarının genişləndirilməsi üzrə mentorluq dəstəyi göstərilir.
Mentorluq dəstəyi alan layihələrdən biri də Azərbaycanda fəaliyyət göstərən “FitNest” startapıdır. Bu startap sağlamlıq və idman xidmətlərini vahid rəqəmsal platformada birləşdirir. “FitNest” artıq “Startap” şəhadətnaməsi əldə edib və hazırda 150-dən çox məkan ilə real bazarda fəaliyyət göstərir.
“Startup School 4” proqramı çərçivəsində göstərilən mentorluq dəstəyi “FitNest” komandasına mövcud biznes modelinin daha da inkişaf etdirilməsi, böyümə strategiyasının formalaşdırılması və regional bazarlara çıxış imkanlarının qiymətləndirilməsi istiqamətində əlavə imkanlar yaradır. Komanda platformanı regional liderə çevirmək və yeni bazarlara çıxışı sürətləndirmək məqsədilə investorlarla əməkdaşlığa açıqdır.
“FitNest” nümunəsi göstərir ki, “Startup School 4” yalnız startapların təlim və mentorluq imkanları əldə etdiyi proqram deyil, həm də onların real bazarda böyüməsinə, investorlarla əlaqə qurmasına və beynəlxalq miqyasda inkişafına dəstək verən qlobal platformadır.








