“Enterprise Azerbaijan” portalının “Startup School 4” çərçivəsində iştirakçı startaplara mentorluq xidməti davam edir

“Enterprise Azerbaijan” portalının “Startup School 4” çərçivəsində iştirakçı startaplara mentorluq xidməti davam edir

29.09.2026 / 12:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində iştirakçı startaplara mentorluq xidməti göstərilir.

Mentorluq xidmətinin əsas məqsədi proqramda iştirak edən startapların məhsul və biznes modellərinin inkişaf etdirilməsinə, bazar imkanlarının qiymətləndirilməsinə, bazara çıxış strategiyalarının formalaşdırılmasına və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə dəstək olmaqdır.

Bu çərçivədə “Enterprise Azerbaijan” portalının əməkdaşlıq etdiyi yerli və qlobal mentorlar prosesə cəlb edilir. Növbəti mentorluq xidməti “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov tərəfindən “BeyAren” startapına göstərilib. Mentorluq sessiyası zamanı startapın təqdim etdiyi məhsul və platformanın inkişaf imkanları, biznes modelinin təkmilləşdirilməsi, bazara çıxış potensialı və bazara çıxış yolları müzakirə olunub. Eyni zamanda, məhsulun və biznes modelinin inkişafı, platformanın gələcək inkişaf istiqamətləri və böyümə imkanları ilə bağlı tövsiyələr verilib.

“BeyAren” eyni akademik maraqlara malik şagirdləri bir araya gətirən, onlara interaktiv öyrənmə və rəqabət imkanı yaradan təhsil platformasıdır. Platforma vasitəsilə şagirdlər gündəlik çətin sualları canlı uyğunlaşdırma sistemi əsasında birlikdə həll edə, ortaq lövhədən, səsli və görüntülü zənglərdən, eləcə də çat funksiyasından istifadə edə bilirlər.

Platforma əsasən orta məktəb şagirdləri və olimpiadalara maraq göstərən şagirdlər üçün nəzərdə tutulub.

“BeyAren” haqqında ətraflı məlumat üçün: http://beyaren.com/

“Startup School 4: Beş qitə – 500 Startap” proqramı startapların innovativ ideyalarının inkişaf etdirilməsinə, onların qlobal innovasiya ekosisteminə inteqrasiyasına, investisiya imkanlarına çıxışının genişləndirilməsinə və beynəlxalq bazarlara çıxışına dəstək göstərilməsinə yönəlib.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz