"Enterprise Azerbaijan" və "InnovNation" arasında əməkdaşlıq imkanları müzakirə olunub

"Enterprise Azerbaijan" və "InnovNation" arasında əməkdaşlıq imkanları müzakirə olunub

01.10.2026 / 10:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə Sinqapurun innovasiya və sahibkarlıq ekosistemləri üzrə ixtisaslaşmış “InnovNation” şirkətinin təsisçisi və baş icraçı direktoru Neelesh Bhatia ilə onlayn görüş keçiriblər.

Görüş zamanı "InnovNation" platformasının fəaliyyəti, süni intellekt və avtomatlaşdırma əsaslı həlləri, eləcə də bu texnologiyaların innovasiya ekosistemlərinin idarə olunmasında tətbiqi imkanları təqdim olunub.

Tərəflər “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi beynəlxalq startap proqramlarının, o cümlədən “Startup School” layihəsinin rəqəmsal idarə olunması, startapların inkişafının izlənilməsi, süni intellekt əsaslı mentorluq və fərdiləşdirilmiş dəstək, həmçinin mentor və investor şəbəkələrinin idarə olunması istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə innovasiya proqramlarının vahid rəqəmsal platformada əlaqələndirilməsi, məlumat əsaslı analitikanın gücləndirilməsi və startapların inkişaf trayektoriyasının daha sistemli şəkildə izlənilməsi məsələləri də nəzərdən keçirilib.

Qeyd edək ki, “InnovNation” Sinqapurda yerləşən və universitetlər, dövlət qurumları, akseleratorlar, inkubatorlar və digər innovasiya ekosistemi iştirakçıları üçün süni intellekt əsaslı platforma və məsləhət xidmətləri təqdim edən şirkətdir.

Görüşün sonunda tərəflər innovasiya ekosistemlərinin rəqəmsal transformasiyası, süni intellektin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz