EnterpriseAzerbaijan.com portalı ilk real işlək prototipi hazır olan "W-ball" cihazını təqdim edib

EnterpriseAzerbaijan.com portalı ilk real işlək prototipi hazır olan "W-ball" cihazını təqdim edib

18.03.2022 / 17:29

EnterpriseAzerbaijan təqdim edir:

MadeinAzerbaijan məhsulu olan "W-ball" cihazının ilk real işlək prototipi artıq hazırdır.

Cihaz ultrasəs texnologiyasından istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edir.

✅ Wball kimyəvi maddə və sudan daha az istifadə edir;

✅ Üç qat daha təsirlidir;

✅ Həssas parçalar və bahalı ipək üçün əvəzolunmaz həlldir;

✅ Azərbaycan beyin məhsuludur;

✅ Amerika Birləşmiş Ştatlarının Patent və Əmtəə Nişanı Ofisində məhsula dair müəllif hüququ qeydiyyata alınıb;

✅ Naqilsiz şarj olunur və 3 saatadək fasiləsiz işləyə bilir;

Kütləvi istehsalına başlandıqdan sonra AmazonEbay platformaları vasitəsilə "Made in Azerbaijan" brendi adı altında satışa çıxarılacaq.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz