06.07.2022 / 16:53
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə "ATL Group" şirkətinin təsisçisi, EY ilin iş adamı müsabiqəsinin İnnovasiya nominasiyasında qalibi Rəşad Mirzəyevin tələbələr və gənc startapçılar ilə görüşü baş tutub.
Görüşdə təcrübəli startapçı və şirkətlər grupunun rəhbəri Rəşad Mirzəyevin uğur hekayəsi və gənclərə tövsiyələri dinlənilib, müasir bazarın tələbləri, bir startapın uğurlu olması üçün diqqət yetrilməli olan əsas məqamlar müzakirə olunub.
Rəşad Mirzəyev gənc startapçıları maraqlandıran sualları cavablandırıb və uğurlu iş adamı olmaq üçün gənclərə tövsiyələr verib.
Sonda EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva bu formatda olan tədbirlərin gənc startapçıların gələcək fəaliyyətlərinin daha səmərəli qurulması üçün çox böyük önəmi olduğunu vurğulayıb və qonağa təşəkkür edib.








