13.07.2022 / 12:05
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur; - Məntiqi və analtik düşünmə qabiliyyəti; - Xarici dil (əsasən ingilis dili) və kompüter bilikləri (ofis proqramları mütləqdir); - Araşdırma qabiliyyəti, - Ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən xüsusi sertifikat, təşəkkürnamə və müsbət xasiyyatnamə veriləcəkdir.
Təcrübə proqramı müvafiq günlərin təyini əsasında davam edir (saat 10:00 – 13:00 və ya 14:00 –17:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən intern@ereforms.gov.az ünvanına CV göndərmələri və ya saytdan ( https://volunteer.ereforms.gov.az/az ) qeydiyyatdan keçmələri xahiş olunur.
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək, portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, o cümlədən ölkədə fəaliyyət göstərən sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir









