Enterprise Azerbaijan Baku ID tədbirində iştirak edib

Enterprise Azerbaijan Baku ID tədbirində iştirak edib

18.07.2022 / 13:00

EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva SABAH.lab-ın təşkilatçılığı ilə keçirilən Baku ID (Bakı İnvestisiya Günü) tədbirində iştirak edib. Bu, SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən innovasiyalar ekosistemini daha da irəliyə aparmaq məqsədiylə yaradılmış ən əsaslı yerli startap və innovasiyalar tədbiridir. 

Baku ID tədbirində sadəcə yerli startaplar deyil, həmçinin həm yerli, həm də əcnəbi ekspertlər bir araya gələrək innovasiyalar ekosisteminin gələcəyini müzakirə edib.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz