İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2022-ci ilin yekun hesabatını təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2022-ci ilin yekun hesabatını təqdim edib

17.01.2023 / 09:55

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, İİTKM ölkədə yaradılmış strateji idarəetmə sisteminin tərkib hissəsi olaraq iqtisadi islahatların hazırlanması, qəbulu, həyata keçirilməsi, monitorinqi, qiymətləndiriməsi və kommunikasiyası sahələrində fəaliyyət göstərir.

İcraçı direktor Vüsal Qasımlının sözlərinə görə İİTKM-in nəzdində fəaliyyət göstərən www.azexport.az,  www.enterprıseazerbaıjan.com portalları, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi ölkəmizdə sahibkarların ixrac prosesləri haqqında maarifləndirilməsi, ixrac obyekti olan müxtəlif əmtəələrə dair sertifikatların verilməsi, startapların dəstəklənməsi və s. kimi işləri həyata keçirir. Belə ki, 2022-ci ildə Azexport.az portalına 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. www.enterprıseazerbaıjan.com portalında mövcud layihə sayı 144-dür. Ötən il Portalın yeni İnkubasiya və Akselerasiya Akvariumu, eləcə də “Startup School”u yaradılıb“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2022-ci ildə ümumilikdə 269,7 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib. Ötən il ərzində “Bir Pəncərə” İDM-nin ixrac həyata keçirdiyi 5 ölkə İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstandır. Mərkəzin ixracını  həyata keçirdiyi 5 əsas məhsul isə qiymətli metallar, pambıq mahlıcı, süd məhsulları, meyvə şirələri və akvakultur üsulu ilə yetişdirilmiş nərəcinsli balıqların kürüsüdür.

 

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz