12.02.2019 / 15:51
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin Əqli Mülkiyyət Agentliyi ilə birgə təşkil etdiyi konfransda Enterpriseazerbaijan.comportalının təqdimatı keçirilib. Əvvəlcə Portalın meneceri Aytən Məmmədova platformanın özəllikləri barədə canlı təqdimat edib. Daha sonra Portalın yaratdığı ekosistemdə yer alan yerli və beynəlxalq qurumların nümayəndələri də öz məhsul və xidmətləri barədə iştirakçılara məlumatlar təqdim ediblər. Eyni zamanda, "Enterprise Azerbaijan" portalının beynalxalq əməkdaşı British Council-ın "Kreativ qığılcım" layihəsinin gənclərə təklif etdiyi fürsətlər haqqında layihənin kordinatoru O.Dursunzadə geniş məlumat verdi. Təqdimatın ən maraqlı məqamı "Enterprise Azerbaijan" portalına müraciət edən gənc rəssamın layihəsinin elə zalda startapçı olaraq, iştirakçıların müsbət rəyi əsasında portala daxil edilməsi olub. Rəssam konfransın mahiyyəti barədə hazırladığı rəsmi tədbir müddətində yekunlaşdırıb.









