Tələb olunan investisiyanın həcmi
10 000 000 AZN
İnvestorun payı
30 %
Layihə haqqında
Tullantılar, o cümlədən bərk tullantılar çoxtonlu istehsal və tələbat (istehlak) tullantıları olub müasir dövrün mühüm sosial iqtisadi və ekoloji problemlərindən biridir. İnsanların istənilən sahədə fəaliyyəti zamanı maddi nemətlər və xidmətlərlə yanaşı tullantılarda yaranır.Tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir. Müxtəlif tipli tullantılar bir yerə atıldıqda bir yığın zibil kütləsi əmələ gəlir ki, bu da ətraf mühitin çirklənməsinə və əhalinin sağlam yaşam tərzinə çox mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün tullantıların çeşidlənməsi ən perspektiv üsuldur.Tullantıların çeşidlənməsi zibilin yandırılaraq atmosferə vurduğu ziyanın da qarşısını alır. Nəticədə ətraf mühitə zərərli təsir də azalır. Bərk tullantıların idarəçiliyi siyasəti prinsiplərin ierarxiyasına əsaslanır: utilizasiyasından da ən yaxşı üsul tullantıların əmələ gəlməsinin qarşısını almaqdır. Bunun üçün də ən düzgün yol tullantıların çeşidlənərək yığılması və təkrar emal oluna bilən tullantıların yenidən istifadə olunmasıdır.
Tullantıların çeşidlənməsi qaydası aşağıdaki kimi olmalıdır.
Bütün qida qalıqları, həmçinin üzvi mənşəli digər tullantılar məsələn, ot, yarpaq, həmçinin kağız salfet və dəsmallar bir yerə atılmalıdır.
Şüşə ayrıca bir konteynerdə yığılmalıdır.
Kağız və karton da həmçinindigər zibillərdən ayrı toplanılmalıdır.
Plastik və metal qablaşdırmalar təkrar emal üçün yararlı olduğundan onlar da ayrıca bir konteynerdə toplanılmalıdır.
Akkumulyatorlar, batareya, civə lampaları və digər ekoloji təhlükəli maddələr ayrı qablarda toplanmış olmalıdır.
Təkrar emal üçün yararsız olan tullantılar da həmçinin ayrı toplanılmalıdır.

- Yerləşdiyi rayon (şəhər)Şabran rayonu
- Aid olduğu sektorDigər
- Aid olduğu kateqoriyaİnvestisiya layihəsi
- ÜnvanŞabran rayonu M.V.Vidadi ev №18
Layihənin əsas üstünlükləri (infrastruktur və.s)
İkinci emalın əhəmiyyəti çox böyükdür. Hər şeydən əvvəl Yerdə əksər materialların ehtiyatları çox azdır və insan sivilizasiyasının mövcud olduğu müddət ərzində bərpa olunmayandır. İkinci tərəfdən ətraf mühitə atılan hər bir material mühitə çirkləndirici kimi təsir edir. Üçüncüsü tullantılar və həyat dövrünü bitirmiş əşyalar təbii mənbələrə nisbətə daha ucuz maddə və material mənbəyidir. Buna görə də tullantıların təkrar və ya ikinci emalı mühüm əhəmiyyətə malikdir.
Əlavə məlumatlar
Şabran (Dəvəçi) rayonu Bakıdan şimalda Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizi ilə əhatə olunmub.Quba, Xaçmaz və Siyəzən rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu,Bakı-Rostov avtomobil yolu,Samur-Abşeron kanalı,1914-cü və Sovet dövründə çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir.
Şabran rayonu Böyük Qafqazın şimal-şərqində yerləşir. Relyefi çox müxtlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Ərazi neft-qaz(Zağlı-Zeyvə neft yataqları), çınqıl, qum, gil və digər faydalı qazıntılar ilə zəngindir. Rayonda, həmçinin palçıq vulkanları var.
AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən rayon ərazisində 1 şəhər və 68 kənd olmaqla 69 yaşayış məntəqəsi yerləşir. Əhalisi 58.300 nəfərdən ibarətdir.

Yerləşdiyi rayon (şəhər)
Qeyd olunmamışdır