AgroVoice

07.05.2026 / 11:11

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Yaşıl Texnologiya/Aqrar
  • Aid olduğu kateqoriya: Startap

AgroVoice — Azərbaycan fermerlərini birbaşa supermarketlərə, restoranlara və ixrac alıcılarına bağlayan süni intellekt əsaslı kənd təsərrüfatı marketplace-idir. Fermərlərin 70%-dən çoxu məhsulunu vasitəçilərə bazar qiymətindən 40-60% aşağı satır. AgroVoice bu problemi iki model vasitəsilə həll edir: Spot Bazar — real vaxt AI qiymət tövsiyəsi ilə hazır məhsul satışı; Müqavilə modeli — əkməzdən qabaq sabit qiymət təminatı. Platforma tam Azərbaycan dilindədir. "Voice AI interfeysi" ilə işləyir, həmçinin bilik və bacarıqlarından asılı olmayaraq bütün fermerlər tərəfindən rahat istifadə edilə bilər. MDB-də bu sahədə yeganə platformadır.


Əlavə məlumatlar

Pre-revenue, MVP inkişaf mərhələsi. TEKTiTE 2026 Beynəlxalq Smart Farming platformasında seçilmiş və təqdim edilmişdir. Hədəf: 2,000 fermer (il 1), zərərsizlik 18-ci ayda.

Video

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz