31.07.2026 / 18:43

MyWorkspace (Intryl) şirkətlərə imkan verir ki, işçilər ofis iş stansiyasına və iş mühitinə uzaqdan, brauzer üzərindən qoşulsun — iş kompüterini, noutbuku və ya digər iş avadanlığını evə aparmağa ehtiyac olmadan. Ənənəvi VPN-in mürəkkəbliyini azaldır: ofis kompüterləri, bulud iş mühitləri və idarə olunan serverlər vahid portal vasitəsilə əlçatan olur. İşçi istənilən cihazdan — Windows, Linux və ya macOS — müasir brauzerlə daxil olur; ikitərəfli doğrulama (2FA), admin paneli, rol əsaslı təyinat və özəl bağlantı marşrutu daxildir. Məhsul artıq işləkdir, real şirkət mühitlərində istifadə olunur və abunəçilik modeli ilə gəlir gətirir. Layihənin məqsədi Azərbaycan və regionda hibrid və uzaq iş üçün vahid, təhlükəsiz və genişlənə bilən rəqəmsal iş infrastrukturu təqdim etməkdir.

Yerləşdiyi rayon (şəhər)


Qeyd olunmamışdır

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz