Startap

FitNest

  • 04.11.2026 / 10:20
  • Bakı şəhəri
  • Digər
  • 56 baxış
Tələb olunan investisiyanın həcmi 150 000 AZN
İnvestorun payı 20 %

Layihə haqqında

FitNest sağlamlıq, idman və aktiv həyat tərzi xidmətlərini vahid rəqəmsal platformada birləşdirən innovativ texnologiya startapıdır. Platforma istifadəçilərə fitnes zalları, üzgüçülük hovuzları, Pilates və yoga studiyaları, tennis kortları, spa və digər sağlamlıq xidmətlərinə bir tətbiq üzərindən çıxış imkanı yaradır. Hazırda 170-dən çox tərəfdaş məkanla fəaliyyət göstərən FitNest ənənəvi idman zalı üzvlüyü modelini daha çevik və əlçatan abunəlik modeli ilə əvəz edir. Bizim biznes modelimiz təkrarlanan abunəlik gəlirlərinə, tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə və rəqəmsal platformanın miqyaslandırılmasına əsaslanır.

Fitcoin loyallıq sistemi, süni intellekt əsaslı AI Coach və yeni rəqəmsal həllər vasitəsilə istifadəçi bağlılığını və platformanın dəyərini artırmağı hədəfləyirik. FitNest-in əsas üstünlüyü geniş tərəfdaş ekosistemi, çevik biznes modeli və regional genişlənmə potensialıdır. Strategiyamız Azərbaycan bazarında mövqeyimizi gücləndirmək, daha sonra Mərkəzi Asiya, Qafqaz və digər beynəlxalq bazarlara çıxmaqdır.

Hazırda FitNest-in növbəti inkişaf mərhələsini sürətləndirmək, texnoloji imkanlarını genişləndirmək və regional miqyasda böyüməsini təmin etmək üçün strateji və maliyyə investorları ilə əməkdaşlığa açığıq.
  • Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
  • Aid olduğu sektorDigər
  • Aid olduğu kateqoriyaStartap
  • ÜnvanBakı şəhəri

Əlavə məlumatlar

Pay məsələsində məbləğdən asılı olaraq danışıqlar aparmaq mümkündür.
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz