Tələb olunan investisiyanın həcmi
98 000 AZN
İnvestorun payı
9 %
Layihə haqqında
ZERO, süni intellekt texnologiyalarından istifadə etməklə sistemlərdə zəiflikləri aşkarlayan və potensial kibertəhlükələri analiz edən platformadır. Platforma sistemlərdəki zəiflikləri və yanlış konfiqurasiyaları aşkarlayır, avtomatlaşdırılmış təhlükəsizlik testləri və hücum simulyasiyaları (Attack Simulations) həyata keçirir. Əldə edilən nəticələri süni intellekt vasitəsilə təhlil və korrelyasiya edərək risk səviyyəsini müəyyənləşdirir, texniki boşluqların potensial biznes təsirini qiymətləndirir və prioritetləşdirilmiş təhlükəsizlik hesabatları təqdim edir. ZERO-nun əsas məqsədi təşkilatlara real hücum ssenarilərinə qarşı təhlükəsizlik vəziyyətlərini proaktiv şəkildə qiymətləndirməyə və riskləri vaxtında aradan qaldırmağa kömək etməkdir. Daha ətraflı məlumat üçün https://zrsecurity.com/
- Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
- Aid olduğu sektorElm və texnologiya
- Aid olduğu kateqoriyaStartap
- ÜnvanBakı, Azərbaycan
Əlavə məlumatlar
ZERO platformasının bütün təhlükəsizlik testləri, zəifliklərin aşkarlanması və hücum simulyasiyaları yalnız komandamıza məxsus, izolyasiya edilmiş laboratoriya mühitlərində və icazəli sistemlər üzərində həyata keçirilmişdir.