Xidmət-Robot

13.12.2023 / 16:49

Əsas problemlərdən biri şirkətdə və rəsmi iş yerlərində uzun müddət fasiləsiz işləyən insanların qidalanma rejiminin pozulmasıdır. Stress, diqqətin yayınması və bu kimi hallar insanların işdə qeyri-məhsuldar olmasına səbəb olur. Yaranmış vəziyyət nəticəsində tələb olunan qidanı almaq üçün iş yerini tərk etmək əlverişli deyil. Belə hallarda istehlak edilən qidaların əksəriyyəti hazırlanma mərhələləri görünməyən zərərli qidalardır. Gün ərzində iş masasında saatlarla oturan işçilərin rahatlıqla istifadə edə biləcəyi “ağıllı” texnologiyalara ehtiyacı var.Təklif etdiyimiz ağıllı robotumuzun məqsədi isti və soyuq içkilər və yeməkləri hazırlamaq və işçilərə çatdırmaq, işlənmiş çirkli birdəfəlik qabları çeşidləmək və atmaqdır. Xidmət robotu avtomatik idarəetmə funksiyaları, texniki baxış və xidməti manipulyasiya əməliyyatları əsasında iş sahəsində təyin olunmuş marşrut üzrə iş masalarına yaxınlaşır və xidmət işlərini yerinə yetirir. Robotun digər funksiyalarına birdəfəlik qabların tullantı materiallarına görə çeşidlənməsi və xüsusi səbətlərə yığılması daxildir. Robotun işləyəcəyi yeri və keçəcəyi yolun planını müəyyən etmək üçün hazırlanmış proqramlaşdırma istifadə rahatlığına xidmət edən xüsusiyyətlərdən biridir.Bu, lövhə üzərindəki texniki görüntü sistemi ilə maneələri aşkar edir və avtomatlaşdırılmış dayanma funksiyası nəticəsində insanlarla və ətrafdakı obyektlərlə toqquşmaları qarşısını alır.Bu və daha çoxu ilə ağıllı robotumuz iş yerində böyük tələbat olacaq texnologiya növüdür. Biz sizə funksiyaları nəticəsində hər bir insanın sahib olmaq istədiyi bir robot vəd edirik.

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz