07.06.2025 / 23:22
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu kateqoriya: İdeyalar
Star Cooler — qazsız, enerjiyə qənaətli və modul əsaslı innovativ soyutma sistemidir. Ənənəvi kondisionerlərdən fərqli olaraq, Star Cooler Peltier texnologiyası ilə işləyir, ətraf mühitə zərər vermir və az enerji sərf edir. Masaüstü modellərdən tutmuş avtomobil və sənaye versiyalarına qədər fərqli ehtiyaclara uyğunlaşdırıla bilər. Portativ, səssiz və daha sərfəlidir. Hazırda prototipləşmə mərhələsindədir, elektronik sistemi hazırlanır amma material cəhətdən sıxıntı olduğu üçün investisiyaya ehtiyac var.





