Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Bakı şəhəri, 4 may 2023-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” 2018-ci il 12 iyul tarixli 292 nömrəli, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2021-ci il 29 yanvar tarixli 21 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarının ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının 5.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1626; 2021, № 11, maddə 1276; 2022, № 4, maddə 425, № 5, maddə 555, № 9, maddə 1092, № 10, maddə 1226) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” üzrə:
1.2.1. 11-ci və 13-cü hissələr aşağıdakı redaksiyada verilsin:
“11. “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs.
13. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs.”;
1.2.2. 4-cü, 14-cü və “Qeyd” hissələr ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 104) ilə təsdiq edilmiş “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nın 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf” sözləri ilə əvəz edilsin.
3. “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1660; 2016, № 3, maddə 585; 2019, № 4, maddə 756, № 5, maddə 948; 2020, № 5, maddə 653) ləğv edilsin.
Kollegiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, 15 dekabr 2023-cü il “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2016-cı il tarixli Q-02 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.11-ci bəndini və 21-ci hissəsini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 955-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 22 avqust tarixli 691s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası qərara alır: