“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının finalçıları elan edilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının finalçıları elan edilib

09.10.2026 / 15:18

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının final mərhələsinə vəsiqə qazanan startaplar müəyyənləşib.

“Beş qitə – 500 Startap” şüarı ilə həyata keçirilən proqrama 15 ölkədən 350-yə yaxın startap müraciət edib. Seçim nəticəsində 233 startap komandası proqramda iştirak hüququ qazanıb. Proqram çərçivəsində bu komandaların inkişafına müxtəlif ölkələrin qabaqcıl innovasiya ekosistemlərindən dəvət olunmuş təlimçi və mentorların iştirakı ilə təlim və mentorluq dəstəyi göstərilib. Nəticədə 70 startap komandası final mərhələsinə vəsiqə qazanıb.

Finalçılar öz innovativ məhsul və həllərini 31 oktyabr 2026-cı il tarixində Bakıda keçiriləcək “Demo Day” tədbirində investor və digər biznes nümayəndələrinə təqdim edəcəklər.

“Demo Day” tədbiri “TEI Forum 2026” (Trade, Export & Innovation Forum) ilə birgə təşkil olunacaq. Tədbirdə startapların təqdimatları və sərgisi ilə yanaşı, investorlar, sahibkarlar, beynəlxalq ekspertlər, mentorlar, biznes və dövlət nümayəndələri ilə görüşlər, əlaqələrin qurulması və əməkdaşlıq imkanları yaradılacaq.

Finala vəsiqə qazanan startap layihələrinin siyahısı, eləcə də “Demo Day” haqqında ətraflı məlumat üçün Startup School 4 rəsmi səhifəsinə daxil olun. https://startupschool.ereforms.org/#startups

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz