“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində fərdi inkişaf və liderlik bacarıqlarına həsr olunmuş təlim keçirilib

“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində fərdi inkişaf və liderlik bacarıqlarına həsr olunmuş təlim keçirilib

13.08.2025 / 17:06

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalının təşəbbüsü ilə “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti onlayn təlimi keçirilib.
        “Təsisçilər üçün Özünü Kəşfetmə” (Self-Discovery for Founders) mövzusuna həsr olunmuş təlim Estoniyada fəaliyyət göstərən "BeHumbo" şirkətinin təsisçisi Beliz Bediz Sinan tərəfindən aparılıb.
          Təlim zamanı iştirakçılara fərdi güclü və zəif tərəflərin müəyyənləşdirilməsi üsulları, liderlik tərzinin tanınması və inkişaf etdirilməsi metodları, şəxsi dəyərlərin biznes məqsədləri ilə uyğunlaşdırılması mexanizmləri, eləcə də sahibkar kimi davamlı motivasiyanın qorunmasına dair strategiyalar təqdim olunub.
          Proqram çərçivəsində iştirakçılara mövzuya uyğun praktiki tapşırıqlar təqdim edilib və nəticələrə əsasən müzakirələr aparılıb. Təlim interaktiv formatda təşkil olunaraq iştirakçıların fəal iştirakı və fikir mübadiləsi ilə müşayiət olunub.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz