Startap

VeloKuryer

  • 13.10.2018 / 23:04
  • Bakı şəhəri
  • Nəqliyyat və logistika
  • 1 192 baxış
Tələb olunan investisiyanın həcmi 50 000 AZN
İnvestorun payı razılaşma yolu ilə

Layihə haqqında

Öz ideyasını "Premmium Rush" adlı bir filmindən götürmüş VeloKuryer, 2015-ci ilin oktyabrından etibarən şirkət kimi rəsmi fəaliyyətə başlamışdır. Şirkətin əsas məqsədi müştəri məmnuniyyətini önə alaraq sifarişləri ən qısa zamanda çatdırmaqdan ibarətdir. Fəaliyyət müddətində həmçinin VeloTəlim, VeloKirayə, VeloParking və VeloTur xidmətlərini istifadəçilərimizə və ölkəmizin qonaqlarına təqdim etmişik. Hal hazırda onlayn platforma yaratmaqla kuryer xidmətimizdə yeniliklər etməyə çalışırıq. Bunlar, sifariş proesdurunu asanlaşdıracaq, sifarişin götürülmə və çatdırılma zamanını sürətləndirəcək, ən əsası isə daşınma qiymətlərini ucuzlaşdıracaq. Təqdim etdiyimiz onlayn platformada sifarişçi, mobil tətbiq vasitəsilə bir neçə klikə sifariş növü və müddətini qeyd etməklə kuryer çağıra biləcək. Eyni zamanda tələbələr də heç bir iş təcrübəsinə ehtiyac olmadan sərbəst qrafiklə çalışaraq qazanc imkanı əldə edəcək.
Bu gün şirkətimiz keyfiyyəti və sürəti ilə tanınır. Kuryer xidmətləri ilə paralel şir
  • Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
  • Aid olduğu sektorNəqliyyat və logistika
  • Aid olduğu kateqoriyaStartap
  • ÜnvanLev Tolstoy 133

Əlavə məlumatlar

Fəaliyyətdə olduğu müddətdə VeloKuryer iki dəfə qrant qazanmışdır. İlk dəfə Youthİnc-in təşkilatçılığı ilə keçirlilmiş "Paylaş qazan, öz biznesinə başla" layihəsinin qalibi oldu və 630 AZN başlanğıc sərmayə qazandı. Növbəti 3000 AZN dəyərində qrant "İdeya Qazandı" realiti şousununun təşkilatçılığı ilə əldə etdi. Bu investisiyalar kiçik həcmli reklam materiallarına, informativ sayt və mobil tətbiqə, xaricdən velosipedlərin təmir olunması üçün alət dəstinin sifarişinə və bir neçə velosipedin alınmasına xərclənmişdir. Şirkətimiz zamanla ATV, AzTV, Xəzər və Lider tv-nin qonağı, Bakutel, Ekologiya və s. sərgilərin iştirakçısı olub. Bundan əlavə həm yerli, həm beynəlxalq sənədli video çəkilişlərə də dəvət alıb.
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz