Startap

Buqelemun

  • 19.08.2019 / 16:36
  • Bakı şəhəri
  • Təhsil
  • 1 587 baxış
Tələb olunan investisiyanın həcmi 10 000 AZN
İnvestorun payı 12 %

Layihə haqqında

Qlobal Tələbə Platforması
Buqelemun.com onlayn elmi və sosial inkişaf platformasıdır. Xüsusən tələbələrə xitab edən Buqelemun elektron vəsaitlərin daha asan əldə edilməsini, daha az vaxt ərzində produktivliyi daha çox olan məlumatların mənimsənilməsini, insanların ölkəmizdə baş verən sosial fəaliyyətlərdən xəbərdar olmasını təmin edir.
Buqelemun - iş elanlarını, təcrübə proqramlarını, elektron vəsaitləri (kitab, dərs vəsaiti, mühazirə, təqdimat, tədqiqat), sosial fəaliyyətləri, xaricdə təhsil elanlarını, eləcə də, lazımlı xəbərləri özündə birləşdirir.
  • Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
  • Aid olduğu sektorTəhsil
  • Aid olduğu kateqoriyaStartap
  • ÜnvanCaspian Business Center III

Əlavə məlumatlar

Vizyonumuz
Tələbələr tərəfindən tanınan, çağdaş yenilikləri təqib edən və yeniliklərə öncülük edən, digər tələbə kütləli platformalar tərəfindən örnək alınan qlobal tələbə platforması olmaq. Tələbələrə lazım olan informasiyanı ən optimal şəkildə çatdıran və karyeralarına qatqısı olan veb platforma olmaq. Yerli və xarici tələbələrin ünsiyyətini asanlaşdıran, elektron dərs və digər vəsaitlərin əlçatarlığını asanlaşdıran sosial tələbə şəbəkəsinə çevrilmək.
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz