Wayfind

29.08.2026 / 00:53

Wayfind Azərbaycanın ilk AI-əsaslı xaricdə təhsil platformasıdır. Xaricdə təhsil bu gün dörd ayrı, qeyri-şəffaf provayder deməkdir: sertifikasiya müəllimi, təhsil şirkəti, viza şirkəti və müstəqil axtarış. Tələbələrin 74%-i bütün prosesi tamamilə təkbaşına keçir. Wayfind bunu vahid platformada birləşdirir: mənbəli AI köməkçisi uyğun universitet, təqaüd və son tarixləri tövsiyə edir, təsdiqlənmiş müəllim və konsultantlar isə şəffaf, rəyli paketlər təklif edir. Gəlir növü abunəlikdir; komissiya yoxdur və istifadəçilər arasında pul saxlanılmır. Üstünlüyümüz Azərbaycana özgü mənbəli data və təsdiqlənmiş provayder şəbəkəsidir. Validasiya: NPS +40, iştirakçıların 87%-i güclü ehtiyac görür, 17 provayder öncədən qeydiyyatda, canlı demo hazırdır. Qurucular bu yolu şəxsən keçib.


Əlavə məlumatlar

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz