QSS Analytics

19.04.2019 / 13:29

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Elm və texnologiya
  • Aid olduğu kateqoriya: Startap

Gündən günə populyarlaşan və əhəmiyyət qazanan Data Science, Machine Learning kimi vacib sahələrin Azərbaycanda təbliği olan QSS Analytics indiyə qədər 30 dan çoxu korporativ olmaqla 200-ə yaxın təlim təşkil etmişdir. Öz müştəri portfelində Mərkəzi Bank, Vergilər Nazirliyi, Paşa Bank, Azərcell, Bakcell və s. kimi iri müəssisələri daxil edir, bundan əlavə bir sıra müəssisələrə datakonsultasiya xidmətləri göstərir. SPSS, R, Tableau, SQL, Power BI, MS Excel, Data və Biznes Analitikası, Kredit Risk Analitikası və başqa unikal təlimlərimiz ASAN xidmət, Elektron Hökumət, Bakcell, Pasha Bank kimi müəssisələrin aparıcı analitikləri tərəfindən tədris olunur. QSS Analytics - tədqiqat, modelləşdirmə, proqnozlaşdırma və planlaşdırma işlərində datanı toplamağa, ölçməyə, təqdim etməyə, analiz etməyə və şərh etməyə ehtiyacı olan; əldə olunan nəticəni hazırkı və ya gələcək plan haqqında qərar verməkdə istifadə etməyə ehtiyacı olan insanlar və təşkilatlarla iş görür. Data Analizi bizim biznesin əsas hissəsidir. Biz uyğun statistika metodlarını istifadə etməklə ümumi data analizi aparırıq; data dəyişənləri arasındakı potensial əlaqəni araşdırmaq üçün tədqiq və test edici fəaliyyətləri həyata keçiririk. Data toplanması və analizi vasitəsiylə sorğu dizaynı və hazırlanmasından hesabatın hazırlanmasına kimi servis xidmətləri göstəririk.


Əlavə məlumatlar

QSS Analytics haqqında daha ətraflı məlumatı www.qss.az saytımızdan və ya Facebook səhifəmizdən ala bilərsiniz.

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz