KryptCloud — korporativ sənəd dövriyyəsini tam qorunan, yerli (on-premise) və şifrəli mühitdə idarə etməyə imkan verən yeni nəsil təhlükəsizlik platformasıdır. Sistem, xarici bulud provayderlərindən asılılığı sıfıra endirərək məlumatların hərbi səviyyəli şifrələmə (AES-256-GCM) ilə yalnız daxili şəbəkədə saxlanılmasını təmin edir. Golang backend infrastrukturuna malik layihənin ilk işlək versiyası (MVP) tam hazırdır.
Tələb olunan investisiyanın həcmi
45 000 AZN
İnvestorun payı
14 (%)
Əlavə məlumatlar
Layihə daxilində sənədlər anlıq olaraq 1 MB-lıq unikal parçalara (chunking) bölünərək şifrələnir. Frontend hissəsi OWASP standartlarına tam uyğundur və clickjacking kimi boşluqlardan qorunur. Hədəf kütləmiz banklar, dövlət qurumları, böyük holdinqlər və həssas data ilə işləyən hüquq ofisləridir.
Video
Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Telefon: (+994 12) 521 33 20 E-poçt: info@enterpriseazerbaijan.gov.az Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47