20.04.2019 / 19:58
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Digər
- Aid olduğu kateqoriya: Startap
Bonpini - hər-hansı məkanı (ofis, ev) bölüşərək qənaət etmək imkanını verən müasir, online platformdur. Bundan əlavə bu sistemdə affiliate və agent olaraq fəaliyyət göstərib ödəniş əldə etmək imkanları da olacaq.
Tələb olunan investisiyanın həcmi
Əlavə məlumatlar
Biz bu layihənin ilkin versiyasını offline formada Bakıda reallaşdırmışıq və 2 ildir ki, bu xidmətin bütün incəliklərini öyrənib təkmilləşdirmişik. Qlobal bazarda olan rəqiblərimizi və oxşar xidməti göstərən layihələri araşdıraraq daha üstün bir sistemi düşünüb, texniki tapşırığını hazırlamışıq. Bu xidmətə tələbat həm Azərbaycanda, həm də dünya miqyasında böyükdür və bizi maraqlandıran Gürcüstan, Rusiya, Türkiyə və Ukrayna bazarlarında xüsusən ehtiyac var. Biz sadəcə ehtimallarla deyil, real təcrübə və rəqəmlərlə çıxış edərək, bu layihənin geniş perspektivlərini və bizim bu perspektivləri reallaşdıra biləcəyimizi əsaslandıra bilərik. İnvestorun payı bölməsində faizin dərəcəsinin 5 olmasının səbəbi odur ki, biz artıq bir investor cəlb etmişik və gələcəkdə də bizə küllü miqdarda investisiyalar lazım olacaq və artıq cəlb etdiyimiz investisiya ilə birgə 41 000 investisiya yalnız web, Android və iOS platformlarının yaradılması və maketinq işlərinin Azərbaycanda tanıtımı üçün sərf olunacaq.
Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47