Bonpini | Paylaşmaq sərfəlidir

23.04.2019 / 12:57

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: İaşə və ödənişli xidmət
  • Aid olduğu kateqoriya: Startap

Bonpini - bütöv məkanı, məkanın otağını və ya otağın bir hissəsini kirayələmək/kirayə vermək imkanını verən online-platformdur. Bu xidmətə həm Azərbaycanda, həm qlobal bazarda tələbat var və həmişə olacaq. Bonpini standart, çox vaxt alan, xərclər tələb edən və bəzən riskli olan rieltor xidmətini online platformaya daşımaqla bu prosesi sürətlənirir, xərcləri minimuma endirir, risklərin qarşısını alır və bununla yanaşı mənzili, ofisi və ya digər məkanı paylaşaraq istifadə etmək imlanını verir. İlk ayın ödənişləri bizim sistem üzərindən olunduğu üçün kirayə götürənlərin vəsaiti mühafizə altına alınmış olur. Biz 2 ildir ki, bu xidməti Azərbaycanda offline formada göstəririk.


Əlavə məlumatlar

Bonpini layihəsi 2016-cı ildən fəaliyyət göstərən "Otaq Yoldaşı" layihəsinin daha geniş, avtomatlaşdırılmış versiyasıdır. Biz bu xidməti göstərdiyimiz müddətdə bütün incəlikləri öyrənmiş, unikal bir sistem formalaşdırmış və 100-lərlə insana xidmət göstərmişik. Bizim layihə "İdeya Qazandı" işgüzar tele-müsabiqəsinin qaliblərindən biridir. 2018-ci ilin sentyabr ayından mələk investor və "Youth İnc." Biznes inkubator mərkəzi tərəfindən dəstəklənir. Alınacaq investisiya yeni güclü saytın və mobil tətbiqlərin yaradılmasına və aqressiv marketinqə sərf olunacaq. Biz bu layihəni yalnız Azərbaycanda deyil, ardıcıl olaraq Gürcüstan, Ukrayna, Türkiyə və Rusiya bazarlarında da tanıtmaq və tərbiq etməkdə qərarlıyıq.

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz