Startap

Brainpriz

  • 20.08.2021 / 14:24
  • Bakı şəhəri
  • Elm və texnologiya
  • 1 519 baxış
Tələb olunan investisiyanın həcmi 80 000 AZN
İnvestorun payı 40 %

Layihə haqqında

Brainpriz iştirakçıların pul mükafatları qazanmaq üçün bir sıra əyləncəli, maraqlı suallara cavab verdiyi, uduşlu yarışmalar təşkil edən yeni təsis olunmuş bir veb saytdır. Hər yarışma bir ay boyunca davam edəcək və hər ay təşkil ediləcək. Hər yarışmada 3 qalibimiz olacaq.
Yarışmaya necə daxil ola bilərəm?
Sadəcə hesabınızı yaradın, oyna düyməsinə klikləyin və təsadüfi seçilmiş suallara cavab verin. Hər yarışmada 3 oynamaq şansınız olacaq.
Qaliblər necə seçilir?
Daha çox düzgün cavabı olan iştirakçılar mükafatlandırılacaq. Eyni maksimal nəticə toplayan bir neçə iştirakçı olarsa, daha minimal vaxtda suallara cavab verən və ən az səhv cavabı olan iştirakçılara üstünlük veriləcək.
Giriş haqqı nə qədərdir?
Hər giriş üçün 2 $ tələb olunur.
Hər bir yarışmada hansı tip suallar veriləcək?
Hər bir Brainpriz yarışmalarında müxtəlif mövzular olacaq. Məsələn: maşınlar, musiqi, kino, idman, məşhurlar, coğrafiya, biologiya, ölkələr, paytaxtlar və.s.
Eyni maksimal nəticəyə, eyni sərf edilmiş vaxta və eyni miqdarda səhvlərə birdən çox iştirakçı malik olarsa nə baş verəcək?
Bu halda eyni maksimal nəticəyə malik bütün iştirakçılar arasında pul mükafatı bərabər şəkildə bölünəcək.
Brainpriz yarışması nə zaman bitir və qaliblər nə zaman elan edilir?
Yanvar ayından Dekabr ayına kimi ilboyu hər ay Brainpriz yarışmaları təşkil edilir. Yarışma hər ayın sonu başa çatır və qaliblər növbəti ayın ilk həftəsi ərzində açıqlanır.
  • Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
  • Aid olduğu sektorElm və texnologiya
  • Aid olduğu kateqoriyaStartap
  • ÜnvanBakı, Atatürk prospekti, 114

Əlavə məlumatlar

Oyun böyük istifadəçi cəlb edib və ilk 3 ayında 4400 istifadəçi və ilk ayımızda isə 523 iştirak olub.
İnvestordan gələcək məbləğ reklama və Azərbaycan ərazisində tanıtıma xərclənəcək.
Onuda qeyd edimki, dünyanın hər yerindən oynamaq mümkündür və 4 dil seçimivar.
Azərbaycan, Rus, Türk və ingilis dilləri.

Video

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz