21.01.2020 / 20:46
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Səhiyyə və farmoseptika
- Aid olduğu kateqoriya: Startap
HealthiStory tibbi müayinə xidmətini hər yerdə, hər kəs üçün asan, əlçatan və əlverişli edən bir mobil platformadır. Məqsədimiz tibbi müayinə xidmətinin icrasında və tibbi məlumatlardan istifadə edərək uzun-müddətli sağlamlığın idarə edilməsində inqilab etməkdir. Bu platforma ilə xidmət sizə gəlir, 7 dəqıqədə icra edilir, nəticələr anında bank dərəcəsində şifrələmə ilə təhlükəsiz buludda saxlanılır. Mobil tətbiqdə sağlamlıq gedişatı və tövsiyyələr verilir, riskli hallarda həkimə gedilməsi üçün xəbərdarlıq edilir.
Tələb olunan investisiyanın həcmi
Əlavə məlumatlar
NAİLIYYƏTLƏRİ:
27,283 abunəyə xidmət verilib, 1,103,429 parametr ölçülüb. Türkiyədə Sistem Patentinə baş vurulub. Xidmət dörd ölkədə test edilib (Türkiyə, Ukrayna, Azərbaycan, Burundi)
“Global SME Awards for the Creates Social Impact at ITU Telecom World 2017” yarışmasında finalist olub. “Baltic Sandbox”-da (Vilnüs) akselerasiya proqramı keçib.
Riqada “Biohacking conference 2019”-da iştirak edib.
Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47