09.05.2026 / 11:03
- Yerləşdiyi rayon (şəhər): Gəncə şəhəri
- Aid olduğu sektor: Yaşıl Texnologiya/Aqrar
- Aid olduğu kateqoriya: Startap
"Heyvandarlıq sahəsində süni intellektlə təchiz olunmuş həllər" layihəsi 11 pilləli sistem üzrə (ucqar kənddəki fermerdən Kənd Təsərrüfatı Nazirliyinə və My.Gov platformasınadək) kənd təsərrüfatının heyvandarlıq sahəsini əhatə edən bütün məsələlərin həllini özündə birləşdirən vahid platforma olaraq hazırlanıb. Burada fermer xidmət, iştirak edən dövlət qurumları isə lazım olan bütün dataları əldə edir. Əlavə olunan təqdimatda pillələr içərisindən (fermer, baytar, sığorta, qida-təhlükəsizliyi, aqrar kredit və d.) başlanğıc üçün ilk olaraq 3 əsas hissə nəzərdə tutulur.






