Startap

Agroficient

  • 13.12.2023 / 17:18
  • Bakı şəhəri
  • Yaşıl Texnologiya/Aqrar
  • 1 160 baxış
Tələb olunan investisiyanın həcmi 7 000 AZN
İnvestorun payı 7 %

Layihə haqqında

Layihə əkin sahələrində suvarma zamanı su israfını azaldan superabsorbent maddənin hazırlanması, qiymətləndirilməsi və tətbiqindən ibarətdir. Hazırda təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkəsi kənd təsərrüfatında su qıtlığının gətirdiyi məhsulun azalması problemi ilə məşğuldur. Bu layihənin bir hissəsi olaraq biz yerli mövcud materiallar (bentonit gil, pambıq sellüloz və polimer) üzərində qurulmuş smart texnologiyadan istifadə edərək ağıllı su saxlayan maddə yaradırıq. Maddənin hər qramında 50-300 ml su saxlama qabiliyyəti var. Hər hektarda 8 kq təşkil edən material suvarma suyunun və həll olunmuş mineralların bir hissəsini udaraq bitkiyə lazım olan suyu və mineralları tədricən torpağa qaytarır. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumatlara və aran bölgəsində fermerlərlə apardığımız sorğulara görə, Kür və Arazın suları müvafiq olaraq 46 və 27 faiz azalıb. Nəticədə, suvarılan rayonların əksəriyyəti təhlükə altındadır ki, bu da məhsuldarlığı azaldır.
  • Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
  • Aid olduğu sektorYaşıl Texnologiya/Aqrar
  • Aid olduğu kateqoriyaStartap
  • ÜnvanBakı
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz