29.10.2024 / 17:13
- Yerləşdiyi rayon (şəhər): Naxçıvan şəhəri
- Aid olduğu sektor: Ticarət
- Aid olduğu kateqoriya: Startap
Scapp, Naxçıvan mərkəzli innovativ e-ticarət və xidmət platformasıdır. 2024-cü ildə istifadəyə verilən Scapp, istifadəçilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, həm yerli, həm də qlobal istehsalçılar və xidmət təminatçıları ilə əməkdaşlıq edir. Platforma səkkiz moduldan ibarətdir: E-ticarət, Aptek, Restoran, Daşıyıcı xidməti, Supermarket, Regional mağazalar, Taksi xidməti və Səyahət xidmətləri. Scapp, Scapp POS və API inteqrasiyaları vasitəsilə bizneslərin inventar idarəetməsini asanlaşdırır və müştərilərə daha rahat alış-veriş təcrübəsi yaradır. Platformanın məqsədi, istifadəçilərə keyfiyyətli və etibarlı xidmət göstərmək və yerli bazarı rəqəmsal olaraq genişləndirməkdir.








