“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında Silikon Vadisi təcrübəsi və qlobal inkişaf strategiyaları təqdim olunub

“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında Silikon Vadisi təcrübəsi və qlobal inkişaf strategiyaları təqdim olunub

13.08.2026 / 15:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində növbəti təlim sessiyası keçirilib.

Sessiya “Silicon Valley təcrübəsi: Əsas yanaşmalar, qabaqcıl təcrübələr və startapların inkişafı üçün strateji tövsiyələr” (Silicon Valley Experience: Key Insights, Best Practices, and Strategic Recommendations for Startup Growth)  mövzusuna həsr olunub. Sessiyanı “Synapses Ventures” şirkətinin təsisçisi, Stanford Universitetinin alimi Murat Baday təqdim edib.

Təlim zamanı Silikon Vadisinin innovasiya və sahibkarlıq ekosisteminin xüsusiyyətləri, qlobal rəqabətə davamlı startapların formalaşmasına təsir edən amillər və beynəlxalq bazarlara çıxış imkanları barədə məlumat verilib.

Sessiyada startapların inkişafının sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq miqyasda genişlənməsi üçün tətbiq olunan qabaqcıl yanaşmalar diqqət mərkəzində olub. Murat Baday Silikon Vadisi təcrübəsinə əsaslanaraq uğurlu startapların inkişafında mühüm rol oynayan strategiyalar və praktiki yanaşmalar barədə fikirlərini bölüşüb.

İnteraktiv formatda keçirilən sessiyada iştirakçılar öz layihələri ilə bağlı suallarını ekspertə ünvanlayıb, məhsul və bizneslərinin inkişafı, investisiya cəlbi və qlobal bazarlara çıxış imkanları ilə bağlı praktiki tövsiyələr əldə ediblər.

Təlim çərçivəsində iştirakçılara qlobal startap ekosistemlərində formalaşan qabaqcıl təcrübələrdən yararlanmaq, beynəlxalq ekspertlərin bilik və təcrübəsi əsasında öz layihələrinin inkişaf istiqamətlərini təkmilləşdirmək imkanı yaradılıb.

Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı startapların innovasiya və sahibkarlıq üzrə bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, investisiya imkanlarına çıxışın genişləndirilməsi və qlobal bazarlara inteqrasiyanın dəstəklənməsi məqsədilə həyata keçirilir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz