"Enterprise Azerbaijan" ilə “CrabNebula” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

"Enterprise Azerbaijan" ilə “CrabNebula” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

16.10.2026 / 17:02

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının və “CrabNebula” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə "Enterprise Azerbaijan"nı İsa Qasımov və Aydan Hüseynzadə, “CrabNebula” şirkətini isə Martin Vieira və Tamara Nicodeme təmsil edib. “CrabNebula” Maltada qeydiyyatdan keçmiş, proqram təminatının hazırlanması, kibertəhlükəsizlik və rəqəmsal məhsulların Avropa İttifaqının normativ tələblərinə uyğunluğu sahələrində ixtisaslaşan texnologiya şirkətidir.

Görüş zamanı informasiya texnologiyalarının inkişafı, kibertəhlükəsizlik, rəqəmsal məhsulların təhlükəsizliyi və müvafiq tənzimləyici tələblərə uyğunluq sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

“Crabnebula” şirkətinin nümayəndələri Avropa İttifaqının Rəqəmsal Məhsulların Kiberdayanıqlılığı Aktı (Cyber Resilience Act – CRA) çərçivəsində formalaşan tələblər, eləcə də bu sahədə şirkətlər və startaplar üçün nəzərdə tutulan təlim və məsləhət xidmətləri barədə məlumat veriblər. Qeyd olunub ki, rəqəmsal komponentləri olan məhsulların istehsalı və bazara çıxarılması ilə məşğul olan şirkətlər üçün kibertəhlükəsizlik və uyğunluq standartları getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Tərəflər bu istiqamətdə “Enterprise Azerbaijan” portalının fəaliyyət prioritetləri, o cümlədən innovasiya ekosisteminin iştirakçılarının məlumatlandırılması və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün nəticəsi olaraq, müvafiq sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı maraq doğuran təşəbbüslərin inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz