23.08.2025 / 13:27
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Digər
- Aid olduğu kateqoriya: Startap
Bank, BOKT, Lizinq sferasında olan problemli kreditlərin hüquqi həlli. Xidməti müqavilə ilə fəaliyyət göstərmək və portfel alıb, müstəqil formada faəliyyətin davam etdirilməsi. Olduqca potensial, risksiz, cəlbedici sahədir. Tezliklə bu sahəyə ediləcək yeniliklər, bu sahəni sahibkarlar, şirkətlər üçün cəlbedici edəcək.
Tələb olunan investisiyanın həcmi
Əlavə məlumatlar
Şirkətimiz problemli kreditlərin hüquqi yolla həll edilməsi üzrə yaradılmış hüquq şirkətdir. Şirkət bu sfera üzrə yüksək təcrübəyə sahib iki şəxs tərəfindən yaradılmışdır. Bank, BOKT, lizinq, xüsusilə Boktların problemli kreditlərinin həll edilməsi üzrə daha aktivdir. Çünki boktlar hüquq, kollektor şirkətləri işləməkdə daha maraqlıdırlar və ehtiyac duyurlar. İki istiqamətdə əməkdaşlıq fəaliyyəti mövcuddur. Bunlardan biri təqdimatda sizlərə təqdim etdiyim kimi xidməti müqavilə üzrə əməkdaşlıqdır ki, bu istiqamətdə investora ehtiyac duyulmur. İkinci variant isə portfel alaraq, tam səbəst formada fəaliyyət göstərməkdir ki, bu istiqamətdə investora ehtiyac var. Sferanı dərindən bilərək əminik ki, risk yoxdur, inandırıcı olmasa da , həqiqətən belədir. Təsəvvür edin, 200 manatı, 15-20 manata alırsız və bu məbləğin ən pessimist yanaşma ilə desək, gec-tez Azərbaycan respublikasının bu istiqamətdə olan bütün qanunvericiliyinə əsasən qaytarılması məcburidir. Real olaraq yanaşsaq maksimum 5 aya qoyulmuş investisiya məbləğinin tam olaraq geri qayıtması mümkündür. Buna təcrübəmiz ilə əminik və bizdə hələ cəmiyyətə açıqlanmayan yeni tətbiq ediləcək qaydalara əsasən əminik.
Artıq xidmət formatında boktlardan biri ilə müqavilə bağlamışıq, əməkdaşlığa başlayırıq. Bu və digrə boktlar bizə istədyimiz qədər daimi olaraq portfel satmağa hazırdır.
Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47